Muzeydə Ulu Öndərin həyat və fəaliyyətini, Saatlı rayonuna səfərlərini və Prezident cənab İlham Əliyevin Saatlı səfərlərini əks etdirən fotolardan və sənədlərdən ibarət eksponatlar vardır.

Muzeydə fotolardan və sənədlərdən ibarət 12 müxtəlif adda stendlər gələn qonaqların istifadəsinə verilmişdir. Bu stendlər Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, müxtəlif dövrlərdə gördüyü işlərlə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Saatlı rayonuna səfərləri ilə bağlıdır.