Heydər Əliyev və Saatlı

Azərbaycanın digər bölgələri kimi Saatlı şəhəridə daim Ümummili lider Heydər Əliyevin diqqət mərkəzində olmuş, şəhərin inkişafına və şəhər əhalisinin yaşayış səviyyəsinin yüksəlişinə hər zaman xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan KP MK - nın birinci katibi işlədiyi 1969 - 1982 - ci illərdə üç dəfə 1974, 1976, 1980 - ci illərdə Saatlı rayonuna gələrək rayonun inkişaf etdirilməsi üçün tapşırıq və tövsiyyələrini vermiş, bununla da rayon sakinlərini yeni nailiyyətlər qazanmağa hərtərəfli ruhlandırmışdır. 1974 - cü ilin sentyabr ayında Saatlı rayonuna gələrkən rayon ictimaiyyəti tərəfindən yüksək əhval-ruhiyyə, sevinc və fərəh hissi ilə qarşılanan möhtərəm Heydər Əliyevə məktəblilər gül-çiçək dəstələri təqdim etmiş, onu şer və mahnı sədaları ilə salamlamışlar.

Rəhbərliyi dövründə həmişə elmə, təhsilə böyük diqqət və qayğı göstərən Heydər Əliyev rayonda olduğu zaman ilk görüşünü Saatlı 109 saylı Kənd Texniki Peşə Məktəbinin müəllim və şagird kollektivi ilə keçirmiş, məktəblə hər tərəfli tanış olmuş, sinif otaqlarını gəzmiş, məktəbin maddi-texniki bazası ilə maraqlanaraq peşə məktəbinin rəhbərliyinə, müəllim və şagirdlərə tapşırıq və tövsiyyələrini vermişdir. Həmin gün rayonda fəaliyyət göstərən bir sıra kolxozlarda olmuş, kolxozların əkin sahələrinə baş çəkmiş və pampığın aqrotexniki qaydada becərilməsi vəziyyəti ilə maraqlanmış, pambıqçılarla səmimi söhbətlər aparmış və onların istəklərini, arzularını, qayğılarını öyrənərək lazımi tövsiyyələr vermişdir. Həmçinin kənd təsərrüfatlarında olmuş, kənd təsərrüfatının mexanikləşdirilməsi vəziyyəti ilə maraqlanaraq mexanizatorların problem və qayğılarını dinləmiş və onların aradan qaldırılması yönündə öz tapşırıq və tövsiyyələrini bildirmişdir.

Ulu öndər Heydər Əliyev 1976-cı ilin avqust ayında pambıqçılıq rayonlarının zona müşavirəsində iştirak etmək üçün bərəkətli Muğan torpağına gəlir. Saatlı rayonunda Ulu Öndəri rayon ziyalıları, ağsaqqalları və gəncləri gül-çiçək dəstələri, sürəkli alqışlar və hərarətlə qarşılamışlar. Rayon fəalları ilə görüş keçirən Heydər Əliyev kənd təsərrüfatı işlərinin gedişi vəziyyətilə maraqlanmış və dəyərli tövsiyyələrini vermişdir. Müstəqillik illərində - 1998-ci ildə ulu öndər Heydər Əliyev Saatlı rayonuna gəldiyində rayonun minlərlə əhalisi Saatlının giriş qapısı sayılan "Görüş" abidə kompleksinin önündə gül-çüçək dəstələri ilə, musiqi sədaları və sürəkli alqışlarla qarşılayaraq, onun şərəfinə qurbanlar kəsmiş, bundan böyük iftixar və qürur duyduqlarını bildirmişlər. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu daima uca tutan H. Əliyev Saatlı şəhərinin mərkəzində ucaldılmış şəhidlərin abidəsini ziyarət edərək, onların xatirəsini yad etmiş və abidə önünə əklil qoymuşdur. Şəhdilər xiyabanı önünə toplaşan minlərlə rayon sakinləri ilə görüşərək söhbət etmişdir. Həmçinin Ulu Öndər Saatlı rayonunda yaşayan məcburi köçkünlərlə görüşmüş, onların həyat və şariti ilə maraqlanmış, onların qayğılarını öyrənmiş və problemlərinin həlli üçün lazımı təşkilatlara öz tapşırıqlarını vermişdir.