Xocalı faciəsinin 28-ci il dönümü

25 fevral 2020-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin, Saatlı rayon Bülbül adına uşaq musiqi məktəbi və Ailə, qadın və uşaq problemləri üzrə dövlət kommisiyasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Saatlı raon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Bülbül adına uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi, Saatlı raon MKS-nın əməkdaşları, Ailə, qadın və uşaq problemləri üzrə dövlət kommisiyasının əməkdaşları və digər idarə və təşkilat nümayəndələri iştirak etdilər.

Tədbirbə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi daha sonra Xocalı faciəsində canından keçən Şəhidləri bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra şagirdlərdən ibarət qrup Xocalı faciəsinə dair bir neçə şerlər söylədi. Həmçinin tədbirdə Xocalı faciəsinə həsr olunmuş bir neçə musiqi nümunələri pianoda ifa olundu. Tədbirin sonunda SRMİ-nin Saatlı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova Xocalı faciəsi haqqında keçirilən tədbirlərin mənəvi təsirindən bəhs etdi. Xocalı faciəsindən 28 il keçsə də hüznü hələ də azərbaycanlıların qəlbində yeni baş vermiş kimi hisslər oyadır.