Azərbaycan intibahının yaradıcısı

Azərbaycan intibahının yaradıcısı

17 fevral 2020 –ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə S. Vurğun adına Satlı şəhər 1 №-li tam orta məktəbdə “Azərbaycan intibahının yaradıcısı” mövzusunda tədbir təşkil olundu. Tədbirdə Saatlı rayon Heydər Əliyev Mərkəzin əməkdaşları və S. Vurğun adına Satlı şəhər 1 №-li tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak etdilər. Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Səidə Mehdiyeva şagirdləri mözu haqqında ətraflı məlumatlandırdı.

Azərbaycan xalqı qədim dövlətçilik tarixinə və əsrlərlə yaşadılaraq nəsildən-nəsilə ötürülən zəngin mədəniyyətə, milli adət-ənənələrə malikdir. Bu qədim və zəngin tarixi irsin elmi əsaslarının fundamental şəkildə öyrənilməsi, bəşəriyyətin yaddaşına əbədi həkk olunması üçün yazılması və gələcək nəsillərə ötürülməsi tarixçi alimdən böyük zəhmət, yüksək savad, istedad, obyektivlik, ən əsası isə saf Vətən sevgisi, milli qeyrət tələb edir. Bu şərəfli və yüksək məsuliyyət tələb edən vəzifənin öhdəsindən gəlmək hər tarixçi alimə nəsib olmur. Yaqub müəllimin həyat yolunun ömür səhifələrini vərəqlədikcə Vətən tarixinin, türkçülük və azərbaycançılıq ideologiyasının intibahı uğrunda yorulmaz və fədakar mübarizələr aparan elə bir tarixçi-alim və vətəndaş taleyi ilə qarşılaşırıq ki, onun sanki bu ali vəzifə üçün dünyaya gəldiyinə, bunun bir alın yazısı olduğuna əmin olursan.

Tədbirin sonunda şagirdlərdən ulu öndər Heydər Əliyev haqqında sorğu keçirildi.