Milli-mənəvi dəyərlərimiz və milli dövlət quruculuğu

Milli-mənəvi dəyərlərimiz və milli dövlət quruculuğu

14 fevral 2020-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə V. Əsgərov adına Saatlı şəhər 4№-li tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və milli dövlət quruculuğu” mövzusunda tədbir təşkil olundu. Tədbirdə çıxış edən mərkəzin bələdçisi Mehiyeva Səidə şagirdlərə ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlərdən bəhs etdi. Xalqlarının taleyində müstəsna rol oynayan liderlər bir qayda olaraq milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynamış, milli tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilmişlər. Tarix özündən sonra layiqli irs qoyub getmiş belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin həyata keçirdiyi xeyirxah əməllərdə yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda səfərbər olunması üçün zəruri olan ideya - milli ideologiya da məhz belə şəxsiyyətlərin siyasi konsepsiyasında reallığa qovuşur. Bu mənada, ulu öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır.

Hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevi həyat və fəaliyyətini əks edən bir neçə foto şəkilin səyyar ekskursiyası oldu.