Ulu öndər Heydər Əliyevin irsinin təbliği ilə əlaqədar açıq tarix dərsi.

Ulu öndər Heydər Əliyevin irsinin təbliği ilə əlaqədar açıq tarix dərsi.

13 fevral 2020-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində V. Əsgərov adına 4№-li Saatlı şəhər tam orta məktəbin müəllim və şagird kollektivi ulu öndər Heydər Əliyevin irsinin təbliği ilə əlaqədar açıq tarix dərsində oldular. Dərsədə V. Əsgərov adına Saatlı şəhər 4№-li tam orta məktəbin tarix müəllimi Ayşən Seyidova şagirdləri ulu öndər Heydər Əliyevin irsi ilə əalqədar məlumatlandırdı. Həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda gördüyü işlərdən bəhs etdi. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.