Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir.

Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir.

07.02.2020-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və V. Əsgərov adına şəhər 4 №-li tam orta məktəbin müəllim şagird kollektivi iştirak etdilər. Tədbirdə çıxış edən Səidə Mehdiyeva gələn qonaqları salamladı, Milli qəhrəman Mübariz İbrahimovu bir dəqiqəlik sükutla yad etdildi və sonra isə Mübariz İbrahimov haqqında ətraflı məlumat verdi. Daha sonra gələn qonaqlar ekskursiyada oldular. Tədbirin sonunda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.