"Anım Günü"

12 dekabr 2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Meydanında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı gülqoyma mərasimi təşkil olundu. Mərasim RİH-nin təşəbbüsü, Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olundu və keçirildi. Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı cənab Nazim İsmayılov xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin müstəqilliyi, suverenliyi uğrunda gördüyü işlərdən, həmçinin öz fəaliyyəti ilə xalqın yaddaşında buraxdığı dərin izlərdən ətraflı şəkildə bəhs edərək vəfatilə xalqını dərin hüznə qərq edən ümummilli lideri bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra isə RİH-nin başçısı Nazim İsmayılov ulu öndərin abidəsi önünə tər gül dəstəsi qoymaqla gülqoyma mərasimi başladı. Mərasimdə rayon müəssisə,təşkilat və idarələri, həmçinin sakinlərdə iştirak etdilər.