Saatlı rayon Gənclər Mərkəzi Sosial Xidmət Müəssisəsində dahi Azərbaycan şairi, mütəfəkkir üstad İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olundu.

Saatlı rayon Gənclər Mərkəzi Sosial Xidmət Müəssisəsində dahi Azərbaycan şairi, mütəfəkkir üstad İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olundu.

05 dekabr 2019-cu il tarixdə Saatlı rayon gənclər Mərkəzi Sosial Xidmət Müəsisisəsində rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Bülbül adına uşaq musiqi məktəbinin və digər mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi, mütəffəkir fəlsəfə üstadı İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə möhtəşəm musiqili bədii kompazisiya təşkil olundu və keçirildi. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova iştirakçıları salamladı və dahi şair İmadəddin Nəsimi haqqında ətraflı məlumat verdi. Daha sonra isə musiqi il şairin qəzəlləri şagirdlər tərəfindən ifa olundu. Tədbirin yekununda RİH-nin başçısının müavini Reyhan xanım tərəfindən şeir və musiqini səsləndirənlər təltif olundular.