Ermənistan təcavüzünün nəticələri

Saatlı şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını vətən yolunda fəda edən şəhidlərin məkanı - şəhidlər xiyabanı hər il minlərlə şəhər əhalisi tərəfindən yad edilir və xatirələri hər zaman uca tutulur. Ermənistanın respublikamıza təcavüzü nəticəsində başlanan müharibədə Saatlı rayonunun gəncləri də döyüşmüşlər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Saatlı 116 nəfər şəhid vermişdir.

1995-ci il mart hadisələrində qəhrəmanlığı ilə seçilən Elşən İbrahim oğlu Hüseynov şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il 307 saylı fərmanı ilə Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir.