Mərkəz haqqında məlumat

Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi!

Məhz bu məktəbin tədqiqi və təbliği üçün fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərindən Saatlı rayon Heydər Əliyev Mərkəzi ulu öndərin zəngin və dərin irsini, xalqının müstəqilliyi uğrunda etdiyi şanı uca xidmətləri, müstəqiliyinin əbədiliyinə imza atdığı möhtəşəm və mütəşəkkil dövlət quruculuğunun və ulu öndərin məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti barədə mütamadi olaraq tədbirlər, dəyirmi masalar təşkil edərək Saatlı rayon əhalisinə məlumatlar verir, həmçinin açıq seminarlar təşkil edərək məktəblilərlə də diskusiyalar keçirir. Saatlı rayon Heydər Əliyev Mərkəzi 2008 – ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə açılmışdır. 2012 – ci ildə isə yenidən və əsaslı şəkildə təmir edilmiş və istifadəyə verilmişdir.