Mərkəzin binası

Saatlı rayon Heydər Əliyev Muzeyi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmışdır. Ulu öndərin zəngin irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi, geniş təbliğ olunması və hər tərəfli inkişaf etdirilməsi məqsədi ilə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Heydər Əliyev Mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Saatlı rayon Heydər Əliyev Mərkəzi 1 mərtəbədən ibarətdir. Mərkəzdə 1 - ekspozisiya zalı, 1 - konfrans zalı, 1 - inzibati otaq və 1 - direktor otağı mövcuddur. Mərkəzin ümumi sahəsi 354 kv. mertdir. Ekspozisiya zalı - 209 kv. metr, konfrans zalı - 72 kv. metr, direktor otağı - 36 kv. metr və inzibati otaq - 36 kv. metrdir.