"Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması ilə bağlı Tədqiqat qrupu"

28 yanvar 2009-cu il tarixində Ağstafa şəhərində keçirilmiş Heydər Əliyev Muzeyi və muzey mərkəzlərinin işinin təşkili və yenidən qurulmasına həsr edilmiş Respublika müşavirəsində qarşıya qoyulan məsələlərlə əlaqədar olaraq Oğuz rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması məqsədilə 05 fevral 2009-cu il tarixli 1 nömrəli əmrlə Tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupuna Oğuz rayonunun ictimai-siyasi həyatında fəal rol oynayan rayon rəhbərliyi, ağsaqqallar, mədəniyyət işçiləri daxil edilmişdir. Tədqiqat qrupunun fəaliyyəti nəticəsində Ulu öndər Heydər Əliyevlə bir dövrdə fəaliyyət göstərmiş, rayonun ictimai həyatında fəal iştirak etmiş Oğuzlular-Sosialist Əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Baba Səmədov, Sosialist Əməyi qəhrəmanı Ziyafət Əsgərova, Tibb xidməti polkovniki Cəmaləddin Məmmədov, Azərbaycan KPMK-nın üzvü Aslan Nəsibov, Oğuz rayon Partiya Komitəsinin I katibi "Xalqlar dostluğu" ordenli Bəxtiyar İslamov və s. haqqında fotoşəkillər, sənədlər toplanaraq fonda daxil edilmişdir. Tədqiqat qrupunun hər ilin sonunda iclası keçirilir, protokolları tərtib edilir.