Muzey

Oğuz şəhərində Heydər Əliyev Muzeyi Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır.

Muzey 2007-ci il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oğuz rayonuna səfəri zamanı açılmışdır.

Muzeydə bütün həyatı və fəaliyyəti boyu Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparmış ümummilli liderimizin həyatının ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkillər, kitablar toplanmışdır.

Muzeyin ekspozisiyasında ayrı-ayrı bölmələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən fotoşəkillər və kitablar nümayiş olunur.

Fəaliyyətə başladığı zaman muzeydə 190 eksponat olmuşdur. Muzey ekspozisiyası 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenilənmişdir. 2011-ci ildə yeni görkəmli binanın inşası ilə əlaqədar muzey binası sökülmüş, 2013-cü ilin may ayına qədər tikinti işləri davam etmiş, həmin tarixdən işlər dayandırılmışdır. 2012-ci ilin sentyabr ayından muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin 2012-ci ilin 13 sentyabr tarixli 477 nömrəli əmrinə əsasən Oğuz rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası 15 sentyabr 2012-ci il tarixindən tamaşaçılar üçün təmir işlərinin aparıldığı müddətə bağlanılmışdır. Həmin tarixdən Mərkəz öz fəaliyyətini Oğuz şəhər 2 saylı orta məktəbdə, uyğunlaşırılmış otaqlarda davam etdirir.

Hal-hazırda Heydər Əliyev Mərkəzinin fondu 770 eksponatdan–fotoşəkillər, kitablar, tətbiqi sənət nümunələri və videodisklərdən ibarətdir. Mərkəzə daxil olan bütün əşyaların qeydiyyatı əsas və köməkçi inventar kitablarının işlənməsi ilə aparılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən eksponatlar “Muzey əşyalarının daimi mühafizə portalı”na yerləşdirilir.