"Zəfər salnaməsinin başlandığı gün"

"Zəfər salnaməsinin başlandığı gün"

Oğuz rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr- Vətən müharibəsi qəhrəmanlarının anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbir Oğuz şəhər 3 saylı məktəb-liseyin 4-cü sinif şagird kollektivi ilə birgə keçirilmişdir. Tədbir 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən müharibəsi” qəhrəmanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova çıxış edərək bildirdi ki, Azərbaycanın ərzi bütövlüyü uğrunda canından keçən Vətən oğulları bir daha sübut etdilər ki öz Vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. Şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayırlar. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən savaşı ilə Zəfər tariximiz yazıldı, şəhidlərimizin arzuları həyata keçdi. Azərbaycan xalqının yetişdirdiyi, azadlıq və ərazi bütövlüyümüz uğrunda, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi naminə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan igidlərini də heç kim məğlub edə bilmədi. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Nəticədə 30 ildir erməni əsirliyində olan Vətən torpaqları Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Şuşa-Qarabağ düşmən tapdağından azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. Mehriban Abbasova bildirdi ki, Oğuz rayonu da bu Vətən savaşında 26 şəhid vermişdir, olarla vətən övladları yaralanaraq geri dönmüşlər. Oğuz ictimaiyyəti Azərbaycanın ərzi bütövlüyü uğrunda canından keçən hər bir şəhidinə hörmətlə yanaşır, onların xatirəsinə ehtiram göstərir.

Daha sonra Şəhər 3 saylı məktəbin müəllimi Aygün İbrahimova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Çünki şəhidlərimizin fadakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı dumar artıq dərqli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaqdır. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.

Daha sonra tədbir iştirakçıları Vətən savaşından bəhs edən “44 gün, 44 an” adlı sənədli filmə baxdılar.