Dünyanı sülh xilas edəcək” adlı videokonfrans

Dünyanı sülh xilas edəcək” adlı videokonfrans

17 sentyabr 2020-ci il tarixində “21 sentyabr-Beynəlxalq Sülh günü” münasibətilə Ombudsmanın Şəki Regional Mərkəzinin təşəbbüsü, Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Oğuz rayon Gənclər və İdman İdarəsi, Oğuz MKS, Oğuz Tarix-diyarşünaslıq muzeyi, Oğuz Mədəniyyət Mərkəzi və digər idarə və təşkiatların nümayəndələri və gənclərin iştirakı ilə “Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirildi. Videokonfransı açıq elan edən Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova 21- sentyabr Beynəlxalq Sülh gününün mahiyyəti haqqında məlumat verdi. Ombudsmanın Şəki Regional Mərkəzinin direktoru Pərviz Məmmədov konfransda geniş məruzə etdi. Daha sonra Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şaiq Rüstəmov, Tarix-diyarşünaslıq Muzeyinin direktoru Arizə Xudiyeva çıxış etdilər. Videokonfrans “Sülh bəşəriyyətin malik olduğu ən qiymətli vasitədir” adlı videoçarxın nümayişi ilə başa çatdı.