12 avqust-Beynəlxalq Gənclər günüdür!

12 avqust-Beynəlxalq Gənclər günüdür!

Oğuz rayonunda 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə geniş videokonfrans keçirildi. Videokonfransda Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin, YAP Gənclər Birliyinin, Dini qurumlarla iş üzrə dövlət komitəsinin Oğuz rayon təşkilatının, Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin, Rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları, fəal gənclər iştirak etdilər. Videokonfransda 12 avqust Beynəlxalq Gənclər Gününün tarixi, əhəmiyyəti haqqında geniş məlumat verildi. Oğuz rayon Heydər Əliyev Mərkəzinini direktoru Mehriban Abbasova çıxış edərək bildirdi ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də bir çox ölkələri, o cümlədən beynlxalq aləmi qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konrfansının (8-12 avqust 1998-ci il) tövsiyyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust- Beynəlxalq Gənclər Günü elan edilib.Ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurli dövlət gənclər siyasəti həyata keçirilir.

Konfransda həmçinin Oğuz rayon Gənclər və İdman İdarəsinin müdiri Ramiz Mahmudov, YAP Gənclər Birliyinin Oğuz rayon Təşkilatının sədri Elşən Alcansoy, Dini qurumlarla iş üzrə dövlət komitəsinin Oğuz rayon təşkilatının sədri Samir Salehov, MKS-nin əməkdaşı Mehparə Bəkirova çıxış etdilər.