` Azərbaycan Kinosu-122 `

` Azərbaycan Kinosu-122 `

30 iyul 2020 –ci ildə Oğuz rayon Heydər Əliyev Mərkəzində ``2 avqust Milli Kino Gününə`` həsr olunmuş `` Azərbaycan Kinosu-122 ``adlı tədbir keçirilmişdir.Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ,Oğuz rayon H.Babayev adına orta məktəbin X-VII sinif şagirdləri, və Oğuz şəhər 3 saylı məktəb liseyinin VII-IV sinif şagirdləri iştirak etmişdilər.Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Ş.Əlibəyli açaraq Azərbaycan Milli Kinosunun tarixi haqqında qısa məlumat verdi. Sonra tədbir iştirakçıları ``Heydər Əliyev və Milli Kinomuz ``adlı videoçarxa baxdılar.Tədbirin sonunda şagirdlər Milli Kinomuzun tarixindən bəhs edən kitablardan açılmış sərgi ilə tanış oldular.