Azərbaycan əsgəri-hər zaman irəli

Azərbaycan əsgəri-hər zaman irəli

20 iyul 2020- ci il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzində 12 iyuldan başlayan Tovuz döyüşlərinin qəhrəmanlarına həsr edilmiş ``Azərbaycan Əsgəri, hər zaman irəli!``adlı tədbir keçirilmişdir. Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları:direktor əvəzi Şəbnəm Əlibəyli, kiçik elmi işçi Tünzalə Əsədova ,Bakı Dövlət İdman Akademiyasının ikinci kurs tələbəsi Emil Əhmədli,Oğuz şəhər 3 nömrəli məktəb liseyinin VII –XI sinif şagirdləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktor əvəzi Şəbnəm Əlibəyli açıq elan etdikdən sonra Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi.

Daha sonra Şəbnəm Əlibəyli 2020-ci ilin 12 iyul tarixindən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhəddindəki mövqelərini artilleriya qurğularından atəşə tutması ilə başlayan Tovuz döyüşləri haqqında məlumat verdi. Qeyd edildi ki, Azərbaycan Silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Baş verən döyüşlərdə Azərbaycan ordusunun generalı Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və həmçinin erməni hücumlarının qarşısını alarkən 7 hərbi qulluqçu da həlak olub. Bundan başqa Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin dinc sakini də həlak olub. Lakin təcavüzkar Ermənistanın dövlət sərhəddimizin Tovuz rayonu istiqamətindəki xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərfindən qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi. Çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi və göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasəti qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır.

Daha sonra iştirakçılar vətənpərvərliklə bağlı videoçarxa tamaşa etdilər.

Tədbir, Koronavirus pandemiyası dövründə mövcud karantin və sosial izolyasiya qaydalarına riayət edilməklə keçirilmişdir.