Oğuzda 15 iyun:Müasir Azərbaycanın inkişafının başladığı tarix” adlı videokonfrans keçirilib.

Oğuzda 15 iyun:Müasir Azərbaycanın inkişafının başladığı tarix” adlı videokonfrans keçirilib.

12 iyun 2020-ci il tarixində 15 iyun Milli Qurtuluş günü münasibətilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin moderatorluğu və Oğuz rayon idarə və təşkilatlarının iştirakı ilə “15 iyun:Müasir Azərbaycanın inkişafının başladığı tarix” adlı onlayn videokonfrans keçirilmişdir. Videokonfransda Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov, Oğuz Gənclər və İdman İdarəsinin rəhbəri Ramiz Mahmudov, əməkdaşları Aytən Daşdəmirova, Rövşən Salehli, Oğuz rayonunun millət vəkilinin köməkçisi Siyavuş Hidayətli, YAP Oğuz rayon Gənclər birliyinin sərdi Elşən Alcansoy, Oğuz rayon Xaçmazqışlaq kənd məktəbinin müəlimi Aytən Alcanlı və Oğuz rayon gəncləri iştirak edirdilər. Videokonfransı giriş sözü ilə Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açdı və qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Daha sonra çıxış edən Oğuz Gənclər və İdman İdarəsinin müdiri Ramiz Mahmudov bildirdi ki, Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Çünki ulu öndər bizim üçün mükəmməl dövlətçilik məktəbini yaratmışdır.

Videokonfransda çıxış edən YAP Oğuz rayon Gənclər birliyinin sərdi Elşən Alcansoy qeyd etdi ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın çağırışına səs verərək Bakıya qayıtması Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.

Videokonfransda çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov bildirdi ki,bu gün ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.
Daha sonra Oğuzun fəal gəncləri Aytən Alcanlı, Aqil İsazadə, Sərxan Əhmədli, Rövşən Salehli də mövzu ilə bağlı öz fikirlərini bildirdilər.
Videokonfrans 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş videoçaxrın təqdimatı ilə yekunlaşıb.