Mərkəzin binası

Mərkəzin binası

Oğuz rayon Heydər Əliyev Mərkəzi 2007-ci il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oğuz rayonuna II səfəri zamanı Heydər Əliyev Muzeyi adı altında fəaliyyətə başlamışdır. Muzeyin fasadı və ekspozisiyası 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenilənmişdir. 2011-ci ildə yeni, görkəmli binanın inşası ilə əlaqədar muzey binası sökülmüş, 2013-cü ilin may ayına qədər tikinti işləri davam etmiş, həmin tarixdən işlər dayandırılmışdır. 2012-ci ilin sentyabr ayından muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin 13 sentyabr tarixli 477 nömrəli əmrinə əsasən Oğuz rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası 15 sentyabr 2012-ci il tarixindən tamaşaçılar üçün təmir işlərinin aparıldığı müddətə bağlanılmışdır. Həmin tarixdən Mərkəz öz fəaliyyətini Oğuz şəhər 2 saylı orta məktəbdə, uyğunlaşdırılmış otaqlarda davam etdirir.