Neftçala rayon icra nümayəndələri “Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulub

Neftçala rayon icra nümayəndələri “Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizəsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub.

Bundan irəli gələrək Neftçala rayon icra nümayəndələri və ƏƏSMN yanında DSMF-in rayon şöbəsinin sosial xidmət işçiləri “Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulub. Karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verməsi məqsədi ilə Neftçala şəhər və kənd ərazisində köməyə ehtiyacı olan yaşlı və ahıl insanlara sosial xidmətlər göstərilib.