Neftçala Rayon İcra Hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar olaraq vətəndaşların qəbulunu onlayn şəkildə aparıb

Neftçala Rayon İcra Hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar olaraq vətəndaşların qəbulunu onlayn şəkildə aparıb

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və bir sıra İcra Hakimiyyəti əməkdaşları tərəfindən vətəndaşların qəbulu həyata keçirilib. Görüşlər Neftçala şəhər, Bankə və Həsənabad qəsəbələrinin sakinləri ilə baş tutub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, vətəndaşların qəbulu onlayn şəkildə aparılıb.

Həmçinin, nəzərinizə çatdırmaq istərdik ki, görüşlər növbəlilik prinsipi qorunmaqla mütəmadi olaraq həyata keçiriləcək.