Neftçala rayon İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib

Neftçala rayon İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib

Neftçala rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib.

İcra Hakimiyyəti aparatının əməkdaşları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri bir aylıq əmək haqqlarını könüllü surətdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə edib.