Neftçala rayon Heydər Əliyev Mərkəzi “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” adlı videokonfransa qoşuldu

Neftçala rayon Heydər Əliyev Mərkəzi “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” adlı videokonfransa qoşuldu
Neftçala rayon Heydər Əliyev Mərkəzi Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığıyla təşkil olunan “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” adlı videokonfransa qoşuldu. Videokonfransda Pedoqoji Elmlər Doktoru, Professor, Əməkdar müəllim Rüfət Lətif oğlu Hüseynzadə, Zərdab Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov, Zərdab rayon təhsil işçiləri, Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin əməkdaşları və regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Abşeron, Astara, Ağdaş, Neftçala, Ucar, Xaçmaz, Siyəzən, Samux, Tərtər, Daşkəsən, Kürdəmir, Zaqatala, Yevlax, Yardımlı, Xızı, Hacıqabul, Salyan, Naftalan, Şabran, Şirvan, Tovuz,Lənkəran, Qəbələ) direktorları iştirak etmişdir.