Neftçala rayon Heydər Əliyev Mərkəzinin qonağı Vətən müharibəsi iştirakçısı Abbaszadə Əli Namiq oğlu oldu

Neftçala rayon Heydər Əliyev Mərkəzinin  qonağı Vətən müharibəsi iştirakçısı Abbaszadə Əli Namiq oğlu oldu

Vətən müharibəsi iştirakçısı Abbaszadə Əli Namiq oğlu mərkəzimizin qonağı oldu. Qəhrəmanımız Prezident İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir! Vətən sizin kimi oğulların çiynində yüksələcək! Sizinlə qürur duyur bütün Azərbaycan!