Yaxın mədəniyyət müəssisələri

Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyi

Muzey 1980-ci ildən fəaliyyət göstərir. Tarix- Diyarşünaslıq Muzeyinin ümumi sahəsi 800 kv.m-dir. 560 kv m-ni ekspozisiya zalları təşkil edir. Muzeyin ümumi fondunda 16698 ədəd eksponat var. Bunlardan 12117 ədəd əsas, 4581 ədədi isə elmi köməkçi fonda aiddir. Muzey rayonun təbiətini, Azərbaycan və rayonun ən qədim dövrdən müasir dövrə qədərki tarixini əks etdirir. Muzeyin ekspozisiyası 11 zalda nümayiş etdirilir: I zal rayonun təbiətini;

II zal Azərbaycan və Neftçalanın qədim dövr tarixini;

III zal Azərbaycanın və rayonun erkən orta əsrlər dövr tarixini;

IV zal Azərbaycanın və rayonun orta əsrlər tarixini;

V zal Azərbaycanın və rayonun son orta əsrlər tarixini;

VI zal Azərbaycan tarixinin 1918-20-ci illər tarixini- AXC dövrünü;

VII zal Azərbaycanın və Neftçalanın XX əsrin 30-40-cı illərini;

VIII zal Böyük Vətən müharibəsi dövrünü;

IX, X, XI zallar isə Azərbaycan və Neftçalanın müasir dövrünü əks etdirir.

Muzeydə rəsm və heykəltəraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlar nümayiş etdirilir.

Ünvan: Neftçala şəhər, H.Əliyev pr 18

Tel:0212631356

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Neftçala rayon MKS-nin fondunda təbiət elmləri, texnika, səhiyyə, tarix, siyasət, mədəniyyət və s.elm sahələrinə dair ədəbiyyat, bədii ədəbiyyat, məlumat nəşrləri, audiovizual materiallar, notlar və musiqi ədəbiyyatı, biblioqrafiq nəşrlər, qəzet və jurnallar saxlanılır. Kitabxana müxtəlif mövzularda tədbirlər - foto stendlər, kitab sərgiləri, ədəbi-bədii gecələr, elmi-praktik konfranslar, disputlar, kitab müzakirələri və yeni ədəbiyyatın təqdimatı hazırlanır. Neftçala rayon MKS-i 1977-ci ildə yaradılıb. Hazırda MKS-də 1 Mərkəzi Kitabxana və 66 kənd və qəsəbə filial kitabxanası fəaliyyət göstərir. Mərkəzi Kitabxanada Regional Kitabxana Məlumat Mərkəzi və onun nəzdində Hüquq- İnformasiya Mərkəzi fəaliyyət göstərir.

Ünvan: Neftçala şəhər, H.Əliyev pr. 25

Tel: 0212633038

İnternet ünvanı: www.neftcala-mks.az

Xanoğlan Məmmədov adına Mədəniyyət mərkəzi

Neftçala şəhər Xanoğlan Məmmədov adına mədəniyyət mərkəzi 1992-ci ildə tikilib. Birinci mərtəbəsində 690 nəfərlik böyük iclas zalı var. II mərtəbəsində 190 nəfərlik kiçik iclas zalı var. Ümumi sahəsi 6300 kv. m-dir. Mədəniyyət Mərkəzində 16 nəfərin iştirak etdiyi 2 "Maraq klubu" həvəskar birliyi, 32 nəfərin iştirak etdiyi 3 bədii özfəaliyyət dərnəyi və kollektivi fəaliyyət göstərir.

Ünvan: Neftçala şəhər, H.Əliyev pr. 17

Tel: 0212631591