Kitabxana

Neftçala rayon MKS-in 3 saylı şəhər kitabxana filialı 01 avqust 2014-ci il tarixindən Neftçala rayon Heydər Əliyev Mərkəzində fəaliyyətə başlamışdır.Təşkil olunan vaxtdan təbliğat müəssisəsi olaraq, həm fərdi, həm də Heydər Əliyev Mərkəzinin təşkil etdiyi tədbirlərə qoşularaq rayonun bütün kütləvi tədbirlərində yaxından iştirak etmişdir.

Neftçala rayon MKS-in 3 saylı şəhər kitabxanası oxucuların xüsusilə də məktəblilərin maraqlarını nəzərə almaqla təşkil etdiyi tədbirlərdə müasir informasiya tələbatının ödənilməsində fəallıq göstərməyə çalışmışdır. İş fəaliyyətində hər il üçün tərtib olunmuş illik iş planına əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Neftçala rayon İcra Hakimiyyətinin bütün tapşırıqlarının icrasının həyata keçirilməsinə səy göstərmişdir.

1108 nəfər oxucusu vardır. Ümuni fondda 3411 nüsxə latın qrafikalı ədəbiyyat, 23 nüsxəsi isə rus dilində, 3 nüsxəsi ingilis, 5 nüsxəsi isə digər dillərdə olan ədəbiyyatdır.Ümumi fonddan 185 nüsxəsi ictimai –siyasi ədəbiyyat, 123 nüsxəsi biblioqrafik vəsaitlər, 58 nüsxəsi elm, təhsil, mədəniyyət və turizm üzrə olan ədəbiyyat, 8 nüsxəsi hüquq ədəbiyyatı, 1nüsxəsi təbiət, 5738 nüsxəsi isə bədii ədəbiyyatdır. Oxucuların əksəriyyəti məktəblilərdir. Kitabxanamızın oxucuları sırasında virtual oxucular da az deyil. Belə ki, internet xidmətindən istifadə edən oxucular muxtəlif sorğularının ödənilməsində kitabxana xidmətinin fəaliyyətini yüksək dəyərləndirir, müntəzəm olaraq kitabxana xidmətindən istifadə edirlər. Təbliğat müəssisəsi kimi, hər zaman vətənimizin tarixini, bu gününü, dövlətçilik tariximizi, Qan yaddaşımızı, şair, yazıçı, alim, əməksevər insanların fəaliyyətini təbliğ edərək fəaliyyətimizi daha da genişləndirməyə çalışırıq.