Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 5 aztəminatlı ailənin "Könüllü qonağ"ı oldular

Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 5 aztəminatlı ailənin "Könüllü qonağ"ı oldular

Daha 5 aztəminatlı ailə, daha naçə-neçə diqqətə, qayğıya ehtiyacı olan yetim uşaq... Mərkəzimizin əməkdaşları Novruz Bayramı günündə Bankə qəsəbəsində yaşayan ailələrin “Könüllü qonağ”ı oldular. Bu dəfəki formatımız bir az fərqli oldu, təmizlik işləri apara bilmədik, amma məqsədimiz eyni oldu:insanlığın dostu olduq... Saatlarla vaxt keçirdik, sevindik, əyləndik, oynayıb-güldük, yenə cizgi filmləri, hədiyyələr...

Mərhəmətli olaq!!! Mərhəmətli insanlar yetişdirək! Mərhəməti ölmüş bir cəmiyyət yerlə-yeksan olmağa layiqdir. Cəmiyyətin xilası məhz mərhəmət duyğusu ilə mümkün olacaq!

Adının çəkilməyini istəməyən və bizə dəstək olan şəxslərə Mərkəz kollektivi adından təşəkkür edirik!!!(19.03.2020)