Neftçala rayon Heydər Əliyev Mərkəzində həmyerlimiz, AMEA-nın Filologiya üzrə elmlər doktorunun monoqrafiyasının təqdimatı keçirildi

Neftçala rayon Heydər Əliyev Mərkəzində həmyerlimiz, AMEA-nın Filologiya üzrə elmlər doktorunun monoqrafiyasının təqdimatı keçirildi

Neftçala rayon Heydər Əliyev Mərkəzində həmyerlimiz, AMEA-nın Nəsimi Dilçilik İnstitutu, Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə elmlər doktoru, dosent Qüdsiyyə Qəmbərovanın «Azərbaycan dilinin Neftçala rayon şivələri» adlı monoqrafiyasının təqdimatı keçirildi. Tədbirdə BDU-nun türkoloji araşdırmalar şöbəsinin böyük elmi işçisi Pərvin Eyvazov, AMEA Nəsimi İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərov, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov, Çin Sosial Elmlər Akademiyasının ilk Azərbaycanlı alimi, Pekin xarici dillər Universitetinin Asiya –Afrika fakultəsində Azərbaycan dili kafedrasının yaradıcısı, müəllimi və tədqiqatçısı Aqşin Əliyev, sinxron tərcümədə 5 dildən, yazılı tərcümədən 8 dildən istifadə edərək Fransa siyasətçilərinin Tərcüməçi, araşdırmaçı müəllim Elvin Abbasbəyli ilə yanaşı Neftçala rayon İcra Hakimyyəti, Təhsil şöbəsi, rayon ziyalıları və Mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Könül Məmmədova Prezident İlham Əliyevin 2013-cü il 13 aprel tarixli sərəncamı ilə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin vacibliyini vurğuladı. Daha sonra qonaqlar çıxış edərək Neftçala rayon şivələrinin Azərbaycan dialektologiyasında tədqiqat tarixindən, şivənin fonetik, qrammatik və leksik xüsusiyyətilərindən söhbət açan müəllifə öz təşəkkürlərini bildirdilər. Sonda müəllif tədbirin təşkilatçısı və iştirakçilarına öz təşəkkürünü bildirdi. Tədbirin ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Neftçala rayon İcra Hakimiyyətinə təşəkkür edirik!