Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Sülh aylığı çərçivəsində “Müstəqil dil siyasətində Ulu Öndər İMZAsı” adlı virtual konfrans keçirildi

Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Sülh aylığı çərçivəsində “Müstəqil dil siyasətində Ulu Öndər İMZAsı” adlı virtual konfrans keçirildi

Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Sülh aylığı çərçivəsində “Müstəqil dil siyasətində Ulu Öndər İMZAsı” adlı virtual konfrans təşkil edildi. Tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva və Salyan, Xaçmaz, Oğuz, Zərdab, Yevlax, Samux, Kürdəmir, Ağstafa, Şabran, Zaqatala, Bərdə, Balakən, Tovuz, Beyləqan, Qəbələ, Şamaxı və Masallı Heydər Əliyev Mərkəzlərinin rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Könül Məmmədova Ümummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisindən, dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşmasında Ulu Öndərin rolundan danışdı. Daha sonra Sevinc Əliyeva ulu babalarımızdan bizə miras qalan dilimizin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olmasında böyük rol oynayan Ulu Öndərin dil siyasətindən söhbət açdı. Sonda musiqili qonağımız Azərbaycanın məşhur vokalisti Aygün Mübariz də öz salamını bizlərə musiqi ilə çatdırdı. Qeyd edək ki, Aygün xanım Azərbaycan dilinin saflığını, gözəlliyini öz musiqilərində qoruyaraq təbliğ edir.(14.09.2020)