Neftçala rayon Heydər Əliyev Mərkəzi Qazilərin iştirakı ilə “Vətən hər kəsin” adlı tədbirə qoşuldu

Neftçala rayon Heydər Əliyev Mərkəzi Qazilərin iştirakı ilə “Vətən hər kəsin” adlı tədbirə qoşuldu

Dünən bir gənc bizə yaxınlaşdı:”Mən hərbçiyəm, Ağcabədi rayonunda xidmət edirəm. İki həftəlik məzuniyyətə buraxılmışam. Xahiş edirəm, məni tədbirlərinizə qoşun, Könüllü qonağa aparın, iş görüm, savab qazanım. Bekar qala bilmirəm. 5 gündür gəlmişəm Neftçalaya, işsiz otura bilmirəm. Heç olmasa tədbirlərdə çıxış edim, şeir deyim, aparıcılıq da edərəm”. Nə idi onun ürəyindəki bu istək? Bir gəncin bu qədər zəhməti, işi sevməyi o qədər qürurvericidir ki... Belə vətənpərvər gəncləri görəndə insanın yaşamaq həvəsi artır və bir daha əmin olursan ki, bu cür gənclərimizin çiynində yüksələcək bu Vətən!
Xoşbəxtlikdən Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tədbir planlaşdırılmışdı bu günə. Qazilərin iştirakı ilə “Vətən hər kəsin” adlı tədbir olacaqdı. Ona bu tədbirdə iştirak edəcəyəni və nitq söyləyəcəyini söyləyəndə 23 yaşlı gəncin uşaq kimi bir sevinməyi vardı ki... Məncə, yaşamağa dəyər...(11.09.2020)