Neftçala rayon Heydər Əliyev Mərkəzi “Könüllü qonağı” layihəsini davam etdirir

Neftçala rayon Heydər Əliyev Mərkəzi “Könüllü qonağı” layihəsini davam etdirir

Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?!..
Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri Bankə qəsəbəsində köməksiz vəziyyətdə yaşayan, əmək qabiliyyəti məhdud olan Nizami dayının və Mənzər nənənin “Könüllü qonağı” oldular. Aztəminatlı ailəyə ərzaq yardımı edildi, ev-eşik, həyət-baca səliqə-sahmana salındı. Bir göz yetərdi onların uşaq kimi sevinmələrinin şahidi olsun... Gəlişlərini eşidib ora baş çəkən qəsəbənin ahıl və qocalarıyla maraqlı vaxt keçirdilər. Çay süfrəsi arxasında xeyli söhbət etdilər, həyat təcrübəsi keçmiş insanlardan məsləhət aldılar, xeyir-dua eşitdilər, yenə heç bir yerdən ala bilməyəcəkləri çox şeyi qazandılar...
İnsanın insandan başqa dostu ola bilmez! İnsanın və insanlığın dostu olaq!
Özümüzü onlara çox görməyək!
Mərkəzin zəhmətkeş, yorulmaq bilməyən və mehriban kollektivinə eşq olsun!(26.06.2020)