Neftçala rayon Heydər Əliyev Mərkəzi 1 iyun uşaqlar günü münasibətilə uşaqları sevindirdilər

Neftçala rayon Heydər Əliyev Mərkəzi 1 iyun uşaqlar günü münasibətilə uşaqları sevindirdilər

1 iyun dünyanın ən böyük səadəti olan Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqlar görməyəcəyimiz bir zamana yolladığımız canlı məktublardır. Vətəni qorumaq uşaqları qorumaqla başlar. Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnət qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və Allahın əmanətidir.
Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri bu məqsədlə Kürkənd və Oryat kəndində yaşayan uşaqları sevindirməyə çalışdılar. Bacardılarmı?-Bəli! Həmişə bir məqsəd, bir amal və bir hədəf uğrunda çalışmışıq:sevindirmək, sevmək və rayonumuza töhfə vermək...və bu yolda da davam edəcəyik!!!(01.06.2020)