Rəsm dərnəyi

Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktorunun 25 yanvar, 2019-cu il tarixli, 03 k saylı əmrinə əsasən, rəsm dərnəyi yaradılmışdır. Dərnəyin müəllimi Rəssamlar İttifaqının üzvü, rəssam-xalçaçı Aytəkin Səfərovadır. Dərnək həftənin I,II və V günləri keçirilir. Dərnəkdə şagirdlərə təsviri incəsənət tarixi haqqında məlumat verilir, rəssamlıq terminlərinin mənaları öyrədilir. Rəssamlığın aşağıdakı növləri fəaliyyət göstərir:

Dekorativ- tətbiqi sənət nümunələri ( applikasiya)

Rəsm və rəngkarlıq nümunələri

Natürmort və mənzərə janrında əsərlər

Qrafika növü

Tir atıcılığı dərnəyi

Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktorunun 25 yanvar, 2019-cu il tarixli, 04 k saylı əmrinə əsasən, tir atıcılığı dərnəyi yaradılmışdır. Dərnəyin rəhbəri gənclərin çağrışa qədərki hazırlıq fənnini tədris edən İdris Xanməmmədovdur. Dərnək həftənin 2 günü- çərşənbə və şənbə günləri fəaliyyət göstərir. Bundan başqa Neftçala rayon ümumtəhsil məktəblərin hərbi vətənpərvərlik ruhunun təbliğində dərnəyimiz böyük rol oynayır. Təsadüfi deyil ki, 9 rayon arasında keçirilmiş atıcılıq üzrə yarışda məhs bizim rayonun şagirdləri birincilik əldə etdilər.

Rəqs dərnəyi

Neftçala rayon Heydər Əliyev Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir. Rəqs müəllimi Ələkbər müəllim həftənin dörd günü uşaqlara rəqsin sirlərini öyrədir. Qızlar və oğlanlar qrupu ayrıdır. Dərnəydə Azərbaycan rəqsləri ilə yanaşı avar və ləzgi rəqsi də öyrədilir.