Gəncədə möhtəşəm kitab sərgisi keçiriləcək

Gəncədə möhtəşəm kitab sərgisi keçiriləcək

Gəncədə möhtəşəm kitab sərgisi keçiriləcək

26-28 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “I Gəncə Kitab Sərgisi” təşkil olunacaq.

“Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək. Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və musiqi proqramları keçiriləcək.

ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitablar toplanacaq.

Təşkilati dəstək:

Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi