Bütün Ədliyyə sahəsində çalışaraq Azərbaycan Respublikasına xidmət edən Ədliyyə İşçilərini Peşə Bayramları münasibəti ilə təbrik edirik.

Bütün Ədliyyə sahəsində çalışaraq Azərbaycan Respublikasına xidmət edən Ədliyyə İşçilərini Peşə Bayramları münasibəti ilə təbrik edirik.

Azərbaycan Respublikasının ədliyyə sisteminin uzun və keşməkeşli tarixi vardır. Bu gün həmin sistemin yaranmasının 103 illiyi qeyd edilir. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gündə, məhz 1918-ci il may ayının 28-də təsis edilib. Bu onu göstərir ki, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilib.Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da çiçəklənib. Ümummilli liderimiz Heydər Əliyev rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib. Ulu öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə verilən dəyəri özündə ehtiva edən sərəncamı qeyd edə bilərik. Belə ki,11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!