Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Naftalan şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə oldular.

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Naftalan şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə oldular.

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Naftalan şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə oldular. Mərkəzin əməkdaşları tərəfindən məktəblilərə işğal olunan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmiş rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində 2020 -ci il 27 sentyabrda başlanan II Qarabağ müharibəsi zamanı 44 gün ərzində işğaldan azad olmasından danışılmışdır. Daha sonra məktəbin VII və XI sinif şagirdlərinə Mərkəzin bələdçisi Elnarə Abbasova 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqların düşmən tapdağından azad edilməsində əldə olunan bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsaslarının dayandığını qeyd etmişdir. Mərkəzin Kiçik elmi işçisi Ramilə Həsənova Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı sayılan Qubadlı rayonu haqqında ətraflı və geniş məlumat verdi. Sonda bu mövzuda məktəblilərlə sorğu aparıldı. Sualları cavablandırmaqda məktəbin XI sinif şagirdlərindən: Vəzirova Aytac, Ağayev Davud, Rəhimova Günel, VII sinif şagirdlərindən: Məmmədova Xədicə, Kazımov Nazim, Əliyev Malik, Quliyev Cavid, Rüstəmli Şahnaz aktivlik göstərdilər. Şagirdlərin fəallıqları yüksək qiymətləndirildi.