Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Naftalan şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə oldular.

Mərkəzin əməkdaşları məktəblilərə işğal olunan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmiş rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində 2020 -ci il 27 sentyabrda başlanan II Qarabağ müharibəsi zamanı 44 gün ərzində işğaldan azad olunmasından danışılmışdır.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra məktəbin 10-cu və 11-ci sinif şagirdlərinə həsrətini çəkdiyimiz rayonlardan –Suqovuşan, “Qarabağın qapısı” sayılan Cəbrayıl və Fizuli rayonları haqqında ətraflı və geniş məlumat verildi. Sonda bu mövzuda məktəblilərlə sorğu aparıldı. Sualları cavablandırmaqda məktəbin 11-ci sinif şagirdlərindən : Məhərrəmova Günel, Məmmədov Davud və 10-cu sinif şagirdlərindənMəmmədli Toğrul, Ağayeva Şəfa, Quliyeva Lamiyə, Səfərov Nihat aktivlik göstərdilər. Şagirdlərin fəallıqları yüksək qiymətləndirildi.