15 sentyabr - Bakının düşmən işğalından azad edildiyi gündür!

15 sentyabr - Bakının düşmən işğalından azad edildiyi gündür!

103 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri və Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirildiyi hadisə kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti, əldə edilən hərbi, diplomatik, iqtisadi və s. uğurlar Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə, Türkiyə-Azərbaycan qardaşlığı və strateji müttəfiqliyi ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi ilə də o qədər bağlıdır.

Bu gün xalqımız Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər Komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərərini, əziz şəhidlərimizi rəhmətlə anırıq.