Bu gün Nafatalan şəhidi Fərid Adıgözəlovun doğum günündür

Bu gün Nafatalan şəhidi Fərid Adıgözəlovun doğum günündür

Şəhidlər - işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar. Qəlb dünyamızın əbədi sakininə çevrilmişlərdən biri olan Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun bu gün ad günüdür.Şəhid Adıgözəlov Fərid İlqar oğlu 08.09.1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur.1999-cu ildə Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olan Fərid 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Hələ uşaqlıqdan hərb sənətinə böyük marağı olan qəhrəmanımız 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başladı. II Qarabağ müharibəsi başlayan ilk gündən ön cəbhədə olan Fərid torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaətlik göstərərək şəhidlik zirvəsinə ucalmış və 18 oktyabr 2020-ci il tarixdə doğulduğu Naftalan şəhərində böyük izdihamla dəfn edilmişdir. Ölümündən sonra Vətən Uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Nurlar içində yat, qəhrəmanım. Vətən heç vaxt səni unutmayacaq.