Müasir Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Əməkdar incəsənət xadimi, rəssam Əyyub Hüseynovun bu gün 105 illik yubileyidir

Müasir Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Əməkdar incəsənət xadimi, rəssam Əyyub Hüseynovun bu gün 105 illik yubileyidir

(02 sentyabr 1916 --- 17 aprel 1998)

Əyyub Hüseynov Naxçıvan qəzasının Şərur rayonunun Xok kəndində anadan olmuşdur. İlk yaradıcılıq təhsilini 1930-cu ildə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda və sonralar 1935-ci ildə Tiflisdə Rəssamlıq Akademiyasında almışdır.=Rəssamlıq Akademiyasında təhsil illəri çətinliklərlə və uğurlarla sənət vərdişlərinə yiyələnməklə və dərin biliklər almaqla müşayiət olunurdu.Oxuduğu illər ərzində o, görkəmli Gürcü sənətkarlarından dərs alır, rəssamlıq sahəsində kamilliyi şərtləndirən ustalıq vərdişlərinə yiyələnir. Ali təhsilini bitirdikdən sonra Naxçıvan şəhərinə qayıtmışdır. O, bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir.Əyyub Hüseynov daha çox mənzərəçi, portretçi rəssam kimi tanınmışdır. Onun "Şahbuz", "Yağışdan sonra", "Aşıq Ələsgər", "Əmək qəhrəmanı" kimi mənzərə janrında çəkdiyi portlər buna misaldır. Eyni zamanda rəssam əmək mövzusunda çəkdiyi "Kömək gəlib", "Yaylaqda", "Çobanlar" portləri ilə də iz qoymuşdur. Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.