Muzey

Heydər Əliyev Mərkəzinin muzey hissəsi Mərkəzin birinci mərtəbəsinin foye hissəsində yerləşir.Muzey hissəsi 9 bölməni əhatə edən, zəngin tarixə malik olan eksponatlarla əhatə olunmuşdur. Həmin hissədə 63 ədəd eksponat, 16 ədəd sənədlər vardır. Muzey hissəsində olan eksponatlar Ümummilli lider Heydər Əliyevin xalqımızın və dövlətimizin tarixində, taleyində təkrarolunmaz rolu, müasir tariximizin yeni bir səhifəsini yaratması, Azərbaycanın bu gün müstəqil bir dövlət olaraq yaşaması məhz Heydər dünyasının gərgin əməyi, uzaqgörən siyasəti, bənzərsiz, müdrik rəhbərliyi nəticəsində əldə edilməsini aydın şəkildə nümayiş etdirir. Muzeyin ilk bölməsində Ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik illəri və anadan olduğu Naxçıvanda ilk təhsili və əmək fəaliyyətini, işlədiyi dövlət idarəsində iş yoldaşlarını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. İkinci bölmədə Ulu öndərin Azərbaycan Respublikasına birinci rəhbərliyi dövrünü (1969-1982) əhatə etməsi və respublikamızın ayrı-ayrı şəhər və rayonlarında zəhmət adamlarının və təhsil işçilərinin görüşlərini əhatə edən fotoşəkillər vardır.

I. Heydər Əlirza oğlu Əliyevin gənclik illəri:

Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə, Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikomunu əla qiymətlərlə bitirdikdən sonra, Azərbaycan Sənayə İnstitunun Memarlıq fakültəsinə daxil olmuş, lakin başlanan müharibə onun təhsilinin başa çatmasına imkan verməmişdir. 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında arxiv şöbənin məxfi hissəsinin müdiri və Naxçıvan MSSRXalq Daxili İşlər Komissarlığında ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır. 1964-cü ildən 1967-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini və 1967-ci ildə isə sədri vəzifəsində çalışmış, general-mayor rütbəsinə qədər yüksəlmişdir.

II. Heydər Əliyevin birinci hakimiyyət illəri:(1969 – 1982-ci illər)

Heydər Əliyevin birinci hakimiyyət illərində Azərbaycan geridə qalmış aqrar-sənaye ölkəsindən, inkişaf etmiş kənd təsərrüfatı ölkəsinə çevrilmişdir. Həmin illərdə kəndlərdə, şəhərlərdə, ictimai həyatın bütün sahələrində quruculuq və abadlıq işləri aparılmış, kəndlərdə və şəhərlərdə neçə-neçə fabriklər, zavodlar tikilmiş, muzeyler, məktəblər, kitabxanalar, mədəniyyət evləri yenidən istifadəyə verilmiş, Ü.Hacıbəyovun, S.Vurğunun, C.Cabbarlının, N.Nərimanovun heykəlləriBakı şəhərində ucaldılmış, bir çox mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar verilmiş,yüzlərlə azərbaycanlı gənclər Rusiyaya təhsil almaq üçün göndərilmişdir.

III. Heydər Əliyev - Moskva. (SSRİ Nazirlər Sovetinin birinci müavini olarkən. 1982-1987-ci illər)

1982- ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Beş il müddətində bu vəzifədə çalışmışdır. O bu vəzifədə çalışarkən maşınqayırma və yüngül sənaye, elm və səhiyyə, mədəniyyət və təhsil kimi mühüm sahələrə rəhbərlik etmiş ,Şərqi Sibir və Uzaq Şərqin istehsal qüvvələrinin inkişafında xüsusi rolu olmuş, Baykal-Amur magistral dəmiryolu xətti məhz Heydər Əliyevin rəhbərliyi ilə çəkilmişdir.

IV. Xarici siyasət strategiyası. İkinci hakimiyyət illəri – 1993-2003.

Xarici siyasət strategiyasının ən mühüm şərtlərindən biri Dünya dövlətləri ilə işgüzar tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və digər tərəfdən isə dünyanın hansı ölkəsində yaşamasından aslı olmayaraq hər bir azərbaycanlının maraqlarının təmin olunmasında iştirakına nail olmaq və vahid azərbaycançılıq ideyasını reallaşdırmaqdan ibarət idi.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev ümümxalq səs verməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

2003-cü ildə keçirilən prezident seçkilərində səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini geri götürmüşdür.

V. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı.

1992-ci ildə noyabrın 21-də Naxçıvanda keçirilmiş təsis qurultayında Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası - dünənin, bu günün və gələcəyin partiyasıdır.

VI. Ordu quruculuğu.

Ordu quruculuğun esası 1971-ci ildə Bakıda Naxçıvanski adına hərbi litseyin yaranması ilə başlamışdır. 1999-cu ildə ilk Ali Hərbi təyyarəçilik məktəbinin açılışı olmuşdur. Ordumuzun daha da güclənməsi, regionda Azərbaycan ordusunun ən güclü orduya malik olması məhz prezidentimizin tez-tez hərbi hissələrə, xüsusən cəbhə bölgələrinə səfərlər etməsi və onlarda sonsuz mübarizə əzmi aşılamasından ibarətdir. Azərbaycan silahlı qüvvələrinin düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan və cənab prezident İlham Əliyevin əmrini hər an və qəti surətdə həyata keçirməyə tam hazır və qadirdir.

VII. Əsrin müqaviləsi və neft kontraktı.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanması ilə milli neft strategiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi” 1994-cü il dekabrın 12-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minmişdir. 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi üçün müqavilələr bağlandı və kəmərin tikintisinə 18 sentyabr 2002-ci ildə başlanmışdır. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərlərisistemi yaradılmışdır. Azərbaycan neftinin Avropa bazarlarına çatdırılması üçün 1997-ci ildə Bakı-Novorossiysk və 1999-cu ildə Bakı-Supsa (Gürcüstan) neft kəmərləri istifadəyə verilmiş, 1999-cu ildə Dövlət Neft Fondu təsis edilmişdir.

VIII. İdmanımızın inkişafı.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə idmana olan münasibət kökündən dəyişdi. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması, Olimpiya hərəkatına qoşulması geniş vüsət almışdır. 1994-cü ildə “Gənclər və İdman Nazirliyi” yaranmışdır. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Sədri seçilməsi Azərbaycanın idman həyatında mühüm və əlamətdar hadisə kimi tariximizə yazılmışdır. Azərbaycanın qısa müddətdə idman həyatında əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatlarının nəzərindən yayınmamış və Azərbaycanda saysız-hesabsız beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

IX. Mədəniyyətimizin inkişafı. Milli-mənəvi dəyərlərimiz.

Mədəniyyətimizin bütün sahələri indiki dövrümüzdə belə Heydər Əliyevin ideyalarında bəhrələnir. Heydər Əliyev hər zaman mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi.Heydər Əliyev mədəniyyətə dəyər verən insanlara hər zaman xüsusi qayğı və diqqətlə yanaşmışdır. Bir çox bəstəkar və musiqişünasa prezident təqaüdü, bir çoxları istiqlal və şöhrət ordenini layiq görülmüşdür.Heydər Əliyevmədəniyyət sahəsində yeni bir dövrün esasını qoydu, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qısa müddətdə beynəlxalq aləmdə tanındı.

Heydər Əliyev Azərbaycanın günü-gündən inkişaf etməsi istiqamətində inkişaf etmiş ölkəmizin bu gününə və sabahına xidmət edən böyük və ixtisaslı kadr ordusu yaratmışdır.

Heydər Əliyev xalqına qoyub getdiyi hər bir belə əsəri ilə doğma xalqının qəlbində özünə əbədi heykəl ucaldmış, adı “Qurucu” və “Müstəqil Azərbaycanın memarı” kimi tariximizə yazılmışdır.

VIII. İdmanımızın inkişafı;

IX. Mədəniyyətimizin inkişafı. Milli-mənəvi dəyərlər.