Heydər Əliyev və Naftalan

Heydər Əliyev və Naftalan

Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSRİ Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP MK-nın, Azırbaycan SSR Nazirlər Sovetinin "Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında" birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan Kurort şəhəri kimi daha da böyümüş, maddi texniki bazası möhkəmləndirilmiş, yeni-yeni sanatoriyalar tikilmişdir. Son illər müxtəlif sahibkarlar tərəfindən müasir dövrün tələblərinə cavab verən müalicə-istirahət mərkəzləri inşa olunmuşdur.