Qalereya

Naftalan şəhər Heydər Əliyev Mərkəzində yaradılan Muzeyin qalereya hissəsi ulu öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Qalereyada Ulu öndərin Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər və digər materiallara geniş yer verilib. Ümumilikdə Mərkəzin muzey hissəsində 63 ədəd fotoşəkil, 16 ədəd sənəd mövcuddur.