Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş tədbir

Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş tədbir

Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirə başlamazdan əvvəl Xocalı Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev “Xocalıda törədilən vəhşiliklər azərbaycanlılara qarşı baş vermiş soyqırımdır” məruzə ilə çıxış etdi. O, çıxışında 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli hadisələrdən birinin Xocalıda baş vermiş soyqırım olduğunu və həmin faciəli günün əsrlər boyu yaddaşımızdan heç vaxt silinməyəcəyini bildirdi.
Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı S.Vurğun adına 2 saylı tam orta məktəbinin müəllimi Fəridə Məmmədova, Aprel döyüşlərində şəhid olmuş Vaqif Bayramovun həyat yoldaşı Nuranə Bayramova və Heydər Əliyev Mərkəzinin bələdçisi Elnarə Abbasova çıxışlarında Xocalı faciəsinin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələri ilə bir sırada durduğunu bildirdilər. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmiş, şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.