Naftalan şəhərində “Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü” ilə əlaqədar keçirilən anım tədbiri

Naftalan şəhərində “Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü” ilə əlaqədar keçirilən anım tədbiri

Naftalan şəhərində “Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü” böyük ehtiramla yad edilib.

Naftalanda “Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü”nə həsr olunmuş geniş anım tədbiri keçirilib.

Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH Başçısı aparatının əməkdaşları,şəhərin idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları “Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzüblər.

Naftalan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə faciə qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və Xocalı soyqırımı haqqında həqiqətin dünyada tanınması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət bu gün də davam etdirildiyini qeyd edib. Şəhər rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında faciəyə hüquqi statusun verilməsi çərçivəsində olduqca böyük işlər görüldüyünü,bu istiqamətdə 2008-ci ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının başlandığını bildirib.

Tədbirdə şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin əməkdar müəllimi Sədrəddin Muradov “26 fevral Xocalı soyqırımı XX əsrin faciəsidir” və şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova “ Ermənistanın işğalçı siyasəti “ mövzularında çıxış ediblər.