Naftalan şəhərində ali məktəblərə qəbul olunan tələbələrlə görüş

Naftalan şəhərində ali məktəblərə qəbul olunan tələbələrlə görüş

09 sentyabr 2019-cu il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil orta məktəblərini 2018-2019-cu tədris ilində bitirib ali məktəblərə qəbul olunmuş abituriyentlərlə görüş keçirilib.Tədbirdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin nümayəndələri, şəhərin ümumtəhsil məktəblərinin direktorları, şəhər ictimaiyyətinin nümayəndələri, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.