28 May - Respublika Günü münasibətilə ümumşəhər tədbiri

28 May - Respublika Günü münasibətilə ümumşəhər tədbiri

28 May - Respublika Günü münasibətilə ümumşəhər tədbiri keçirilib.

27 may 2019-cu il tarixdə şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “28 May-Respublika günü”nə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov açaraq 28 May Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Arzu Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən danışan şəhər rəhbəri ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Ümummilli Liderin siyasi xəttinin davamçısı cənab Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb.

Sonra Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov.“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti” mövzusunda çıxış edib.

Sonda məktəblilərin ifasında 28 May Respublika gününə həsr edilmiş “Yaşa Azərbaycanım” adlı kompozisiya nümayiş etdirilib.