Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Vüqar Novruzov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak etmişlər.Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədov dahi mütəfəkkir Nizami Gəncəvi obrazında qonaqları qarşılayıb.Həmçinin, tədbir iştirakçıları Gəncə şəhər İncəsənət və Rəssamlıq Məktəbləri şagirdlərinin “Xəmsə” və “Zəfər günü” mövzusunda rəsm əsərlərindən ibarət sərgisi nümayiş etdirilmişdir.Naftalan şəhər Heydər Əliyev Mərkəzinin akt zalında Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırladıqları “Xeyir və Şər” tamaşası nümayiş olunmuşdur.Sonda Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi uşaqlarına, o cümlədən məktəblilərə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında yazılmış “El dastanı” kitabı hədiyyə olunmuşdur.